"Los Angeles Qalaksi"nin futbolçusu Stiven Cerard gələcək karyerası haqda danışıb.
Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 35 yaşlı futbolçu karyerasını baş vurmağı düşünmədiyini bildirib:
"Hələ ki, qapıları bağlamaq istəmirəm. Karyeramı bitirməklə bağlı qərar verməyə tələsmirəm. Çünki hazırda özümü sağlam hiss edirəm. Karyeramı başa vurmağa hazır deyiləm. Gözləyək görək, qarşıdakı 10-11 ayda nələr baş verəcək".
Qeyd edək ki, 17 il "Liverpul"un şərəfini qoruyan Cerard 2015-ci ilin yayından "Los Angeles Qalaksi"də çıxış edir.
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə