Qol.Az

"Real"ın mənə ehtiyacı yoxdur"

[10.03.2016]
"Real"ın mənə ehtiyacı yoxdur"

PSJ-nin yarımmüdafiəçisi Anxel di Mariya sabiq komandası Madrid "Real"ı haqda danışıb. 

Qol.az-ın "El Larguero"ya istinadən verdiyi məlumata görə, argentinalı futbolçu "kral klubu"nun ona ehtiyacı olmadığını bildirib:

"Real"da çoxlu dostlarım var. Ancaq bu komandanın mənim kimi futbolçuya ehtiyacı olduğunu düşünmürəm. Çünki orada kifayət qədər təcrübəli və səviyyəli futbolçu çıxış edir. "Real"ın azarkeşləri futbolçulara qarşı olduqca tələbkardırlar. Düşünürəm ki, Madrid klubunda hər şey yaxşı olacaq. "Real" və "Barselona" Çempionlar Liqasının əsas favoritlərindəndir. Bu iki komanda hər zaman turnirlərin final mərhələlərinə qədər irəliləyir".

Qeyd edək ki, 2010-2014-cü illərdə "Real"ın şərəfini qoruyan di Mariya keçirdiyi 124 oyunda 22 qol vurub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.