Qol.Az

David Trezeqe Bakıda!

[10.03.2016]
David Trezeqe Bakıda!

1998-ci ilin dünya, 2000-ci ilin Avropa çempionu, 2006-cı il dünya çempionatının gümüş mükafatçısı, hazırda İtaliyanın “Yuventus” klubunun səfiri kimi fəaliyyət göstərən fransalı sabiq futbolçu David Trezeqe bu gün Bakıya gələcək.
 
Qol.az-ın AFFA-nın rəsmi "facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, ötənlərin məşhur futbolçusunun paytaxtımıza səfərinin məqsədi Azərbaycanda fəaliyyət göstərən “Yuventus” klubunun “I Gighiti Bianconeri” adlı rəsmi fan klubunun Bakıda AFFA-nın dəstəyi ilə təşkil etməyi planlaşdırdığı “Juventus camp”la bağlı mətbuat konfransında iştirak etməkdir.

Fan klubun tədbiri sabah Bakı Olimpiya Stadionunda keçiriləcək. D.Trezeqeni “Yuventus” klubunun rəsmi şəxsləri müşayiət edəcək.

Fransalı ulduzun martın 11-də keçiriləcək AFFA-nın Hesabat-Seçki Konfransında da qonaq qismində iştirakı nəzərdə tutulur.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.