Qol.Az

Rusiyadan daha bir dopinq xəbəri

[10.03.2016]
Rusiyadan daha bir dopinq xəbəri

Rusiyanın daha bir idmançısının orqanizmində istifadəsi qadağan olunmuş mildronat preparatı aşkarlanıb.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu dəfə biatlonçu Eduard Latıpovun dopinq testi müsbət çıxıb.

Rusiya Biatlon Federasiyasından verilən açıqlamada məlumat təsdiqlənib. Araşdırmalar yekunlaşana qədər 21 yaşlı idmançının yarışlara qatılmasına qadağa qoyulub.

Qeyd edək ki, Latıpova qədər Rusiyanın daha 6 idmançısı - Yekaterina Bobrova, Mariya Şarapova, Semyon Elistratov, Pavel Kuliznikov, Yekaterina Konstantinova və Aleksandr Markinin orqanizmində qadağan olunmuş mildronat preparatı aşkarlanıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.