Qol.Az

Güləşçilərimizdən bir gümüş, bir bürünc medal

[10.03.2016]
Güləşçilərimizdən bir gümüş, bir bürünc medal

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.

Qol.az-ın məlumatına görə, çempionatın üçüncü günündə daha 3 güləşçimiz xalça üzərinə çıxıb.

Qadın güləşçilərimizdən Alyona Kolesnik, kişi təmsilçilərimizdən isə Hacı Əliyev və Cəbrayıl Həsənov mübarizəyə qoşulub.


55 kq

Qadınlar

Mübarizəyə 1/4 finaldan başlayan güləşçimiz Alyona Kolesnik rumıniyalı Simona Prikobla qarşılaşıb. Görüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb - 0:6.


61 kq

Kişilər

İkiqat dünya çempionumuz Hacı Əliyev mübarizəyə 1/8 finaldan başlayıb. O, litvalı Şarinas Yurkisə 11:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. H.Əliyev bu mərhələdə bolqarıstanlı Vladimir Dubovu da eyni hesabla məğlub edərək yarımfinala adlayıb. Güləşçimiz finala gedən yolda gürcüstanlı Vladimir Xinçeqaşvili ilə qarşılaşıb. Lakin rəqibinə uduzan Əliyev bürünc medal uğrunda yarışıb. O, bu mübarizədə Ermənistan güləşçisi Valodya Franqulyanlı üz-üzə gəlib və 7:0 hesabı ilə qalib gələrək bürünc medal qazanıb. 

74 kq

İkiqat Avropa çempionumuz Cəbrayıl Həsənov 1/8 finalda Yakob Maxaraşvilini (Gürcüstan) mübarizədən kənarlaşdırıb. 1/4 finalda Ukrayna təmsilçisi Giya Çixladzeni məğlub edən Həsənov yarımfinala yüksəlib. O, bu mərhələdə bolqarıstanlı Miroslav Kirovla güləşib. Təmiz qələbə qazanan güləşçimiz finala adlayıb. O, qızıl medal uğrunda Sönər Dəmirtaşla (Türkiyə) qarşılaşıb və 1:2 hesabı ilə uduzub.  

Qeyd edək ki, yığmamızın üzvləri iki yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç bürünc medal qazanıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.