Qol.Az

"Traktor Sazi"dən çətin qələbə

[10.03.2016]
"Traktor Sazi"dən çətin qələbə

İran çempionatında 23-cü turun oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, Təbrizin "Traktor Sazi" klubu bu tur evdə "Folad"ı qəbul edib.

"Traktor Sazi" turnir cədvəlində mövqeyini yaxşılaşdırmaq üçün bu görüşdə qələbə qazanmaq niyyətində idi. Fasiləyə 1:0 hesabı ilə üstün yollanan meydan sahibləri ikinci hissədə qapısında iki top görüb. Lakin matça əlavə edilmiş 6-cı dəqiqədə 3-cü qolu vuran "Traktor Sazi" vacib qələbə qazanıb - 3:2.

Qeyd edək ki, bu qələbədən sonra xalını 35-ə çatdıran "Traktor Sazi" turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib.



<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.