"Avro-2016"nın final mərhələsinin matçları azarkeşsiz oynanıla bilər.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə UEFA-nın təşkilati işlər üzrə direktoru Martin Kallen Martin Kallen məlumt verib. O deyib ki, turnirin keçiriləcəyi Fransada terror təhlükəsi olarsa, qarşılaşmaların hətta azarkeşsiz keçirilməsi mümkündür:
"Turnirin təhlükəsiz şəkildə baş tutması üçün ciddi işlər görülür. Hazırda hansısa ciddi bir təhlükə yoxdur. Ancaq əgər olsa, oyunları təxirə sala bilərik. Təhlükəsizlik üçün hətta matçları azarkeşlərin iştirakı olmadan da keçirmək olar”.
Stadiona giriş zamanı azarkeşlərin yoxlanılacağını vurğulayan M.Kallen stadionlardan kənarda quraşdırılacaq geniş ekranlardan oyunları izləyəcək insanların da təhlükəsizliyinin qorunacağını qeyd edib.
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə