Qol.Az

"Arsenal"ın futbolçusu iki aylıq sıradan çıxdı

[01.03.2016]
"Arsenal"ın futbolçusu iki aylıq sıradan çıxdı

"Arsenal"ın yarımmüdafiəçisi Aleks Oksleyd Çemberlenin son durumuna aydınlıq gəlib.

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 22 yaşlı futbolçu iki ay yaşıl meydanlardan kənarda qalacaq.

Bu barədə "topçular"ın baş məşqçisi Arsen Venger məlumat verib. "Çemberlen iki aylıq sıradan çıxıb. Onun zədəsi yüngül deyil. Bu səbəbdən Çemberlen yaxın vaxtlarda komandaya kömək edə bilməyəcək" - deyə fransalı mütəxəssis bildirib.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin "Barselona" ilə ilk oyununda (0:2) zədələnən Çemberlenin mövsümün qalan hissəsində meydana çıxmayacağı da istisna olunmur.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.