Qol.Az

Azərbaycan kubokunun finalı Gəncədə keçiriləcək

[01.03.2016]
Azərbaycan kubokunun finalı Gəncədə keçiriləcək Futbol üzrə Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək.

Qol.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, bu barədə Klublar Komitəsinin sədri Fikrət Hüseynov jurnalistlərə açıqlamasında deyib.

F.Hüseynov bugünkü iclasda qəbul olunmuş qərarın İcraiyyə Komitəsinin gündəliyinə salınacağını bildirib. F.Hüseynov bu məqsədlə "Kəpəz"in stadionunun mayadək təmir edəcəyini söyləyib. Bu məqsədlə təmir başa çatanadək kluba ev oyunlarını başqa stadionda keçirməsi tövsiyə olunacaq. 

Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 25-də keçiriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.