
"Kəpəz" Bakıya qayıtdı
[01.03.2016]
Topaz Premyer Liqasının XXIII turunda “Sumqayıt” ilə Gəncədəki görüşdən sonra “Kəpəz” Bakıya qayıdıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunun səhəri bərpaedici məşqlə kifayətlənən komanda bir günlük istirahətə buraxılıb və bu gün “sarı-göylər” paytaxtda məşqləri bərpa edəcək.
Gəncə klubu çempionatın 24-cü turunda qarşılaşacağı “Rəvan”la oyunun hazırlığını həftə ərzində Bakıda keçirəcək. Komandanın bu günə təyin olunan məşqi saat 16:00-da başlayacaq.
Qeyd edək ki, martın 6-da keçiriləcək “Rəvan” – “Kəpəz” matçı “Bayıl Arena”da saat 16:00-da start götürəcək.
Ana səhifə |
BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.