Qol.Az

Adil Şükürov: "Komandam turdan-tura öz oyununu tapır"

[27.02.2016]
Adil Şükürov: "Komandam turdan-tura öz oyununu tapır"

"Deyiləcək yalnız bir söz var: Komandamız turdan-tura öz oyununu tapır. Bu, çox sevindirici haldır. Komandamızı dəstəkləyən azarkeşlər əlavə güc verir. 12-ci oyunçu kimi kömək edirlər".

Bunu "Zirə"nin baş məşqçisi Adil Şükürov "Neftçi"ni 3:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.

O bildirib ki, oyundan öncə 3 top barədə fikirləşməyiblər: "İlk yarıda "Neftçi" azlıqda qaldı. Rəqibin üzləşdiyi vəziyyətdən yararlanaraq, 3 qolla istəyimizə nail olduq".

Gənc mütəxəssis Anar Nəzirovla "dubl" müəllifi Tatonun start heyətində yer almamasının səbəbini də açıqlayıb: "Heç vaxt futbolçularımızı əsas və ehtiyat oyunçulara bölmürük. Anar Nəzirovun kiçik zədəsi vardı. Tatonun isə axırda bizə kömək edə biləcəyini düşündük və bu, bizə kömək etdi".

Şükürov Premyer Liqada 8-ci qolunu vuraraq, Riçard Almeydanın bombardirliyinə şərik çıxan Nelson Bonilyanın gələcəkdə də belə davam edəcəyinə ümidvar olduğunu vurğulayıb: "Çempionat uzun marafondur. Çalışacağıq ki, Bonilya gələcəkdə də qol vurmaqda davam etsin".

Qeyd edək ki, bu, "Zirə"nin qış fasiləsindən sonra ardıcıl 5-ci qələbəsi olub (Sportnet.az).


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.