Qol.Az

Məşqçilər Komitəsinin üzvləri Gəncədə (FOTOLAR)

[27.02.2016]
Məşqçilər Komitəsinin üzvləri Gəncədə (FOTOLAR) AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Gəncə şəhərinə səfər edib.
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Komitə üzvləri bu gün “Kəpəz”in rəsmiləri ilə görüşüb.
 
Görüşdə Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şakir Qəribov, AFFA İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov, “Kəpəz”in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, Müzəffər Qasımov, klubun icraçı direktoru Mehman Allahverdiyev və komandanın baş məşqçisi Şahin Diniyev iştirak edib.

Qarşılıqlı fikir mübadiləsindən sonra tərəflər “Kəpəz” və  ümumilikdə Gəncə futbolu ilə bağlı müəyyən məsələlər ətrafında müzakirələr aparıblar.

Qonaqlar yerli futbol infrastrukturu ilə tanış olub, Topaz Premyer Liqasının XXIII turu çərçivəsində keçirilmiş “Kəpəz” – “Sumqayıt” oyununu izləyiblər.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.