Qol.Az

Şahin Diniyev: "Sadəcə, qol çatmadı"

[27.02.2016]
Şahin Diniyev: "Sadəcə, qol çatmadı" "Oyun doğrudan da maraqlı keçdi, komandalar təzyiq altında oynadılar.  Uşaqların göstərdiyi futboldan tam razıyam. Sadəcə, qol çatmadı".

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 23-cü turunda "Sumqayıt"la 0:0 bərabərə qaldıqları oyun haqda danışarkən deyib. 

Heyətdəki problemlərdən danışan Ş.Diniyev bunları bildirib: "Heyətdə problemlər var idi, zədə səbəbindən Junior Osvaldonun oynamaması müəyyən problemlər yaratdı. Komanda meydanda bacardığından da çoxunu elədi. Rəqibi də oyuna görə təbrik edirəm.

“Sumqayıt” mənim ən çox sevdiyim komandalardan biridir. Sürətli futbol oynayırlar, tez hücuma atılırlar. Düşünürəm ki, bu gün biz belə həmlələrin qarşısını ala bildik. Rəqib elə-belə komanda deyil. Liderlərə problem yaradan və yaxşı oyun göstərən kollektivdir. Baş məşqçi Samir Abasovun işi görünür".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.