Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Dəmirörən səhər saatlarında xəstəxanaya aparılıb.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Dəmirörən bel fəqərələrindəki yırtıqdan əməliyyat olunub.
İki saat çəkən əməliyyatdan sonra Y.Dəmirörənin hazırda özünü yaxşı hiss etdiyi və müalicəsinin evində davam edəcəyi bildirilir.