Qol.Az

​Azərbaycan futbolçusu Rusiya klubunda

[26.02.2016]
​Azərbaycan futbolçusu Rusiya klubunda

Rusiyanın Armavir şəhərinin "Torpedo" klubu fevralın 26-sı, transfer pəncərəsinin son günü heyətinə daha bir yeni futbolçu cəlb edə bilib.


Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu, Bakının "İnter" klubunun yarımmüdafiəçisi, 1993-cü il təvəllüdlü Abdulla Abasiyevdir.

Azərbaycan yığmasının da şərəfini qorumağa macal tapmış futbolçu "İnter"in heyətində 50-dən çox oyun keçirib.

Futbolçu həm Azərbaycan, həm də Rusiya vətəndaşıdır.

Valeri Karpinin yetirmələri Rusiya Futbol Liqasında 16 xalla 20 klub arasında sonuncu pillədə qərarlaşıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.