Qol.Az

"Kəpəz" "Sumqayıt"la oyuna hazırdır

[26.02.2016]
"Kəpəz" "Sumqayıt"la oyuna hazırdır Topaz Premyer Liqasının XXIII turunda doğma meydanda “Sumqayıt”ı qəbul edəcək “Kəpəz” bu gün Gəncəyə gedib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda qarşıdakı oyunöncəsi son məşqini matçın keçiriləcəyi arenada keçib.

Mətbuat və azarkeşlər üçün açıq olan hazırlıq prosesi təxminən 50 dəqiqə çəkib və yüngül xarakter daşıyıb. İsinmə hərəkətlərinin yerinə yetirilməsi ilə başlayan məşq “kvadrat”la davam edib.

Eyni vaxtda qolkiperlər qapıçılarla işləyən məşqçi Nadir Şükürovun rəhbərliyi altında ayrıca çalışıblar. Daha sonra qapıya doğru zərbələr endirən futbolçular müəyyən taktiki göstərişlər üzərində işləyiblər. 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.