
AFFA səs verdi (FOTO)
[26.02.2016]
İsveçrənin Sürix şəhərindəki FİFA-nın Növbədənkənar Konqresi çərçivəsində qurumun prezidenti vəzifəsinə səsvermə başlayıb.
Qol.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, AFFA adından baş katib Elxan Məmmədov səs verib.
Daha öncə milli assosiasiya seçkidə namizədlərdən UEFA-nın baş katibi Canni İnfantinonu dəstəkləyəcəyini açıqlayıb. Digər namizədlər isə İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, Asiya Futbol Konfederasiyasının (AFK) prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, FİFA-nın baş katibinin sabiq köməkçisi Jerom Şampandır. Cənubi Afrika Respublikasından olan iş adamı Tokyo Seksvale isə namizədliyini geri götürüb.
Qeyd edək ki, Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayevlə vitse-prezident Elşad Nəsirov da iştirak edir.
Ana səhifə |
BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.