Qol.Az

FİFA-nın yeni prezidenti – Canni İnfantino!

[26.02.2016]
FİFA-nın yeni prezidenti – Canni İnfantino!

Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın növbəti prezidenti seçkisi keçirilib.

Qol.Az-ın məlumatına FİFA-nın Növbədənkənar Konqresində prezidentlik vəzifəsi uğrunda   İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının  prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, sabiq FİFA baş katibinin köməkçisi Jerom Şampan mübarizə aparıb.

Əsas mübarizə Canni İnfantino ilə Şeyx Salman ibn-İbrahim əl-Xəlifə arasında gedib. C.İnfantinoya milli federasiyaların 88, əl-Xəlifəyə  85 nümayəndəsi  səs verib. Digər namizədlər Əli bin əl-Hüseyn 27, Jerom Şampan 7  səs yığıb.


Birinci turda heç bir namizəd qalib olmaq üçün səslərin 2/3 hissəsini toplaya bilmədiyi üçün FİFA prezidenti növbəti turda müəyyənləşib.

Bu mərhələdə isə hər kəsi qabaqlayan İnfantino ali futbol qurumunun yeni prezidenti olub.
 
O, mümkün olan 207 səsdən 115-ini qazanaraq, ikinci turdakı ən yaxın rəqibi Şeyx Salmanı (88 səs) qabaqlayıb. İlk turun üçüncüsü Şahzadə Əli ibn əl-Hüseyn isə həlledici mərhələdə cəmi 4 səs toplaya bilib.Yeni prezident 4 il müddətinə seçiləcək.

Qeyd edək ki, konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.