Qol.Az

Pires ikinci dəfə karyerasını başa vurdu

[26.02.2016]
Pires ikinci dəfə karyerasını başa vurdu

Fransa millisinin sabiq üzvü Rober Pires ikinci dəfə karyerasını başa vurub.

Qol.Az-ın "L'Equipe"ə istinadən verdiyi məlumata görə, bu barədə 42 yaşlı futbolçunun özü açıqlama verib. 

"Artıq dayanmaq və gənclərə şans vermək zamanıdır" - deyə Pires bildirib.
 
O, 2011-ci ildə karyerasını başa vursa da, 3 ildən sonra yenidən futbola qayıdıb. Pires Hindistan Premyer Liqasında çıxış edən "Qoya"nın heyətində oynayıb.

Qeyd edək ki, Pires karyerası ərzində "Marsel", Arsenal", Vilyareal" və "Aston Villa" kimi klublarda çıxış edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.