Qol.Az

"Azərbaycan millisi qələbəyə layiq idi"

[25.02.2016]
"Azərbaycan millisi qələbəyə layiq idi" “Azərbaycan yığması ilk dəqiqələrdən üstünlüyə yiyələndi. Nümayiş etdirdiyi oyuna görə rəqibimiz qələbəyə layiq idi. Onlar bu matçda özlərinə daha çox güvənirdilər. Müdafiədə də inamlı oynadılar və bizə təhlükəli vəziyyətlər yaratmağa imkan vermədilər".

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Sergey Matveyev millimizə uduzduqları oyundan (0:1) sonra deyib.  

Rusiyalı mütəxəssis komandasının oyun intizamının pozulduğunu bildirib: "Komandamın çıxışına gəldikdə, bildiyiniz kimi, bir neçə gündən sonra Avropa çempionatının elit-raundunda mübarizəyə başlayacağıq. Ona görə də Bakıya gətirdiyim bütün futbolçulara oynamaq imkanı yaratdım. Nəticədə oyun intizamımız pozuldu”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.