Qol.Az

"Komandamdan daha yaxşı oyunlar gözləyirdim"

[25.02.2016]
"Komandamdan daha yaxşı oyunlar gözləyirdim" "İlk oyunda futbolçularda həyəcan vardı. Bununla belə, ilk 20 dəqiqədə yaxşı oynadığımızı düşünürəm. Ancaq sonradan yarımmüdafiənin mərkəzində buraxdığımız səhvlər qapımıza daha çox hücumla nəticələndi və rəqib yaratdığı imkanlardan istifadə edib qələbə qazandı".

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığmasının baş məşqçisi Siyasət Əsgərov Macarıstanın U-17 millisinə uduzduqları oyundan (0:1) sonra deyib.

S.Əsgərov komandasından daha yaxşı oyunlar gözlədiyini bildirib: "İkinci oyunda isə rəqibi yaxşı analiz etmişdik. Qələbə qazanmaq üçün meydana çıxmışdıq. Daha çox irəli atılaraq rəqibə çətin anlar yaşada bildik.

Təəssüf ki, son nöqtəni qoya bilmirdik. İlk oyunla müqayisədə rəqib daha az hücum təşkil etdi. Belə hücumların birində standart vəziyyət zamanı səhv etdik və qol buraxdıq. Komandamız yenidən formalaşıb və müəyən səhvlər etməsi normaldır. Amma ümumi götürdükdə, komandamdan daha yaxşı oyunlar gözləyirdim”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.