Qol.Az

"Bərabərsəviyyəli mübarizənin şahidi olduq"

[25.02.2016]
"Bərabərsəviyyəli mübarizənin şahidi olduq" "Yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə AFFA-ya minnətdarlığımı bildirirəm. Elit-raund öncəsi bizim üçün yaxşı hazırlıq oldu".
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri Macarıstanın 17 yaşadək qızlardan ibarət yığmasının baş məşqçisi Dorotiya Şumi millimizə qalib gəldikləri oyundan (1:0) sonra deyib. 

Şumi bərabərsəviyyəli oyunun keçdiyini bildirib: "Oyuna gəlincə, bərabərsəviyyəli mübarizənin şahidi olduq. İlk oyunla müqayisədə bu dəfə daha çevik və əzmkar komanda ilə qarşılaşdıq. Gənc futbolçulardan təşkil olunan Azərbaycan yığmasına gələcək oyunlarda uğurlar arzulayıram”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.