Qol.Az

"Arsenal"da ciddi itki

[25.02.2016]
"Arsenal"da ciddi itki

Çempionlar Liqasının 1/8 finalının ilk oyununda evdə "Barselona"ya uduzan "Arsenal" ciddi itki ilə üzləşib.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, komandanın yarımmüdafiəçisi Aleks-Oksleyd Çemberleyn zədələnərək sıradan çıxıb.

İlk hissədə rəqib müdafiəçi Xavyer Maskerano ilə toqquşmada zədələnən 22 yaşlı futbolçu 50-ci dəqiqədə əvəzlənib. Dizindən və topuğundan zədə alan Çemberleyinin mövsümün sonunadək oynaya bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, "Arsenal" - "Barselona" oyunu 2:0 hesabı ilə qonaqların qələbəsi ilə yekunlaşıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.