Qol.Az

Yığmamız Rusiyaya qalib gəldi

[25.02.2016]
Yığmamız Rusiyaya qalib gəldi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, komandamız təlim-məşq toplanışı üçün Bakıya gələn Rusiyanın U-17 yığması ilə qarşılaşıb.

Bakı Olimpiya stadionunda keçirilən oyun millimizin qələbəsi ilə yekunlaşıb. Mətin Gülərin vurduğu qol yığmamıza 1:0 hesablı qələbə qazandırıb - 1:0.  

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk görüşdə yığmamız rəqibinə 1:5 hesabı ilə uduzub.

 

 

25 fevral

Yoxlama oyunu
 
16:00. Azərbaycan (U-17) – Rusiya (U-17) - 1:0
Qol:
Mətin Gülər, 80 (1:0)


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.