Qol.Az

"Qalatasaray"ın oyununda rusiyalı hakimlər

[23.02.2016]
"Qalatasaray"ın oyununda rusiyalı hakimlər

Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək "Latsio" - "Qalatasaray" matçının hakimləri müəyyənləşib.

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Roma Olimpiya stadionunda keçiriləcək oyunu rusiyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Vladislav Bezborodov olacaq. Ona həmyerliləri Nikolay Qolubev və Maksim Qavrilin köməklik edəcək. Valeri Dançenko isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

UEFA-nın bu təyinatı Türkiyədə birmənalı qarşılanmayıb. Bu, son dövrlərdə Rusiya və Türkiyə arasında mövcud olan siyasi gərginliklə əlaqədardır.

Xatırladaq ki, Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunu çərçivəsində "Fənərbaxça" və "Lokomotiv" komandaları arasında İstanbulda keçirilən oyundan sonra Moskva təmsilçisinin futbolçusu Dmitri Tarasovun üzərində Rusiya prezidenti Vladimir Putinin şəklinin əks olunduğu formanı türk azarkeşlərə nümayiş etdirməsi qalmaqala səbəb olub. UEFA-nın bu hərəkətinə görə rusiyalı futbolçunu 10 oyunluq cəzalandıracağı gözlənilir. 
 
Qeyd edək ki, "Qalatasaray" və "Latsio" komandaları arasında İstanbulda baş tutan ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.