Qol.Az

Konte "Çelsi" ilə razılığa gəldi

[23.02.2016]
Konte "Çelsi" ilə razılığa gəldi

İtaliya millisinin baş məşqçisi Antonio Konte "Avro-2016"nın final mərhələsindən sonra "Çelsi"ni çalışdıracaq.

Qol.Az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, 46 yaşlı mütəxəssisin London klubu ilə razılığa gəldiyi iddia olunur.

Onun "Çelsi"də mövsümün sonunda komandadan gedəcək Qus Hiddinki əvəzləyəcəyi gözlənilir.  

Qeyd edək ki, Kontenin son klubu İtaliya "Yuventus"u olub. O, Turin təmsilçisi ilə 3 dəfə A Seriyasının qalibi adını qazanıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.