Qol.Az

La Liqa təmsilçisi baş məşqçini qovdu

[23.02.2016]
La Liqa təmsilçisi baş məşqçini qovdu

"Qranada" klubunun baş məşqçisi Xose Ramon Sandoval vəzifəsindən qovulub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, La Liqa təmsilçisi ispaniyalı mütəxəssislə yolları ayırmaq qərarına gəlib.

Buna "Qranada"nın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Komanda son 10 oyunun yalnız ikisində qələbə qazanıb, qalan 8-də isə uduzub. Yeni baş məşqçinin kimliyinə yaxın günlərdə aydınlıq gələcəyi bildirilir.

Qeyd edək ki, "Qranada" geridə qalan 25 turdan sonra 20 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.