Qol.Az

"Azərbaycana ehtiyatda qalmaq üçün gəlməmişəm"

[23.02.2016]
"Azərbaycana ehtiyatda qalmaq üçün gəlməmişəm"

"Düşünürəm ki, mənim qol vurmağım yox, komandamın inkişaf etməsi daha önəmlidir. Vurduğumuz qollar çəkdiyimiz əziyyətin bəhrəsidir".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Zirə"nin hücumçusu Nelson Bonilya Salvador mətbuatına açıqlamasında deyib.

Komandasının Premyer Liqadakı çıxışı haqda danışan 26 yaşlı salvadorlu futbolçu Azərbaycana ehtiyatda qalmaq üçün gəlmədiyini bildirib: "Hazırda artıq çəkimi atmışam, ideal vəziyyətdəyəm. Mən Salvadoru tərk edib Azərbaycana ehtiyatda qalmaq üçün gəlməmişəm. Bunu heç vaxt etmərəm. Çünki güclü xarakterə sahib biriyəm. Çinə və ya başqa bir ölkəyə gedərək hər şeyi sıfırdan başlamağı sevmirəm.

Premyer Liqada keçirdiyimiz oyunlarda xallar qazanmaqla yüksək dəstədə çıxış etməyə layiq olduğumuzu göstərdik. İndi burada çıxış etməkdən zövq ala bilərik. Əgər hər görüşdə uduzaraq aşağı diviziona yuvarlanmaq uğrunda mübarizə aparsaydıq, faciə olardı. İlk mövsümdən belə yüksək mövqelərdə qərarlaşmağımız isə çox yaxşı göstəricidir".

Qeyd edək ki, Premyer Liqada 7 qol vuran Bonilya bombardirlər siyahısında yer alıb. 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.