Qol.Az

Banişevskinin xatirəsi yad olundu (FOTOLAR)

[23.02.2016]
Banişevskinin xatirəsi yad olundu (FOTOLAR)

Bu gün Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər “Neftçi” komandasının heyətində oynamış, SSRİ yığmasında çıxış etmiş, dövrünün ən güclü futbolçularından hesab edilən Anatoli Banişevskinin doğum günüdür.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, anadan olmasının 70-ci ildönümündə AFFA-nın və “Neftçi” Peşəkar Futbol Klubunun rəhbərliyi, veteran futbolçular, futbol ictimaiyyətinin nümayəndələri A.Banişevskinin məzarını ziyarət edib, qəbirüstü abidəsinin önünə əklillər və gül dəstələri qoyublar.

AFFA-nın baş katibi Elxan Məmmədov və Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev çıxış edərək Anatoli Banişevskinin Azərbaycan futbolunun inkişafı naminə xidmətlərini xatırladıblar.

AFFA-nın İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov və Çingiz İsmayılov mərhum futbolçu ilə bağlı xatirələrini bölüşüblər. A.Banişevskinin ailəsi adından həyat yoldaşı çıxış edərək göstərilən diqqətə görə minnətdarlığını bildirib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.