Qol.Az

"Xəzər Lənkəran" "Qəbələ" ilə oyuna hazırlaşır

[23.02.2016]
"Xəzər Lənkəran" "Qəbələ" ilə oyuna hazırlaşır “Xəzər Lənkəran” bir günlük istirahətdən sonra bu gün 23-cü turun hazırlığına başlayır.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qış fasiləsindən sonra keçirdiyi son iki qarşılaşmada məğlub olan komanda bu dəfə çətin Qəbələ səfərinə yollanacaq.

Fevral ayının 26-na qədər Lənkərandakı bazasında məşqlərini davam etdirəcək “Xəzər Lənkəran” həmin gün səfərə çıxacaq və bir gün sonra Qəbələdə eyni adlı komanda ilə üz-üzə gələcək. Komandada zədəli və cəzalı futbolçu yoxdur.

Qeyd edək ki, fevralın 27-də keçiriləcək "Qəbələ" - "Xəzər Lənkəran" oyunu saat 17:00-da başlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.