Qol.Az

AFFA-dan cəzalar

[23.02.2016]
AFFA-dan cəzalar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə Topaz Premyer Liqanın 22-ci turunda yol verilən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Topaz Premyer Liqasının XXII turunun “İnter” – “Kəpəz” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.      

Topaz Premyer Liqasının XXII turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.     

Topaz Premyer Liqasında çıxış edən klubların XXI turunun “Zirə” – “Rəvan” matçının videoyazısına baxıldıqdan sonra aşkar olunub ki, “Rəvan” klubunun 11 nömrəli futbolçusu Elnur Abdulov oyunun 75-ci dəqiqəsində meydançaya daxil olarkən futbolçunun formasında adı qeyd olunmayıb. Fubolçunun adının qeyd olunmamasına görə “Rəvan” klubu 1000 manat cərimə olunub. 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.