Qol.Az

Millimiz Rusiyaya böyük hesabla uduzdu

[23.02.2016]
Millimiz Rusiyaya böyük hesabla uduzdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, komandamız təlim-məşq toplanışı üçün Bakıya gələn Rusiyanın U-17 yığması ilə qarşılaşıb.

Görüş Rusiya yığmasının qələbəsi ilə yekunlaşıb. Fasiləyə 0:2 hesabı ilə məğlub yollanan komandamız ikinci hissədə daha 3 qol buraxıb - 1:5.

Qeyd edək ki, bu komandalar fevralın 25-də yenidən üz-üzə gələcək. Hər iki oyun Bakı Olimpiya stadionunda keçiriləcək.

 



23 fevral

Yoxlama oyunu
 
16:00. Azərbaycan (U-17) – Rusiya (U-17) - 1:5
Qollar:
Maqomed Suleymanov, 28-pen (0:1), Aleksandr Rudenko, 36 (0:2), Fərid Nəbiyev, 51 (1:2), Vyaçeslav Qrulev, 67 (1:3), İvan İqnatyev, 79 (1:4), Stanislav Latçeviç, 90+2 (1:5)
Bakı Olimpiya Stadionu


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.