Qol.Az

Millimizin sabiq futbolçusu Almaniyada dubl etdi

[22.02.2016]
Millimizin sabiq futbolçusu Almaniyada dubl etdi

Millimizin sabiq futbolçusu Rüfət Dadaşov Almaniyada qol vurub.

Qol.Az-ın məlumatına görə, Regional Liqa təmsilçisi “Germania Halberştadt”ın şərəfini qoruyan 25 yaşlı hücumçu 21-ci turda  “Möselvits”lə səfərdə qarşılaşdıqları matçda dubla imza ataraq komandasına 2:1 hesablı qələbə qazandırıb.


R.Dadaşov 51 və 81-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan millisində almaniyalı sabiq baş məşqçi Berti Foqtsun vaxtında çıxış eidb və 16 oyunda 4 qol vurub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.