Qol.Az

"Bunu bacardım " – Arif Daşdəmirov

[21.02.2016]
"Bunu bacardım " – Arif Daşdəmirov

"Çətin oyun keçdi. "Rəvan" bizə yaxşı müqavimət göstərdi. Bu komandaya qarşı oynamaq həmişə çətin olub. "Rəvan" müdafiəyəmeyilli futbol oynadığı üçün rəqiblərə çətinlik yarada bilir. Sevinirik ki, qələbə qazandıq. Əlimizdən gələni edəcəyik ki, növbəti oyunlarda da yaxşı nəticələr qazanaq və turnir cədvəlində yaxşı mövqelərdə qərarlaşaq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Arif Daşdəmirov Topaz Premyer Liqanın 22-ci turunda  "Rəvan"a 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

Komandasının yeganə qolunun müəllifi olan A.Daşdəmirov fərqlənməyinin vacib olmadığını vurğulayıb:

"Əsas odur ki, komandam qələbə qazansın. Qol sevincimi komandanın masajisti Namiq Hüseynovla qeyd etməyimin səbəbi onun hər zaman mənə dəstək olmasıdır. Həmişə mənə deyirdi ki, sən qol vuracaqsan. Mən də bunu bacardım və sevincimi onunla paylaşdım".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.