Qol.Az

Qriqorçuk: "Xal itirməyə haqqımız yox idi"

[21.02.2016]
Qriqorçuk: "Xal itirməyə haqqımız yox idi"

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 22-ci turunda "Rəvan"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan  sonra mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, ukraynalı mütəxəssis jurnalistlərin  suallarını cavablandırıb:
 
- Oyundan razı qaldınız?

- Xal itirməyə haqqımız yox idi. İlk hissədə meydana uyğunlaşmağımız zaman aldı.  Bundan sonra oyunumuzu qura bildik.  Bu qələbəyə heç kimin şübhəsi ola bilməz.
 
- Ardıcıl 3 qələbədən sonra "Qəbələ”nin öz oyununu tapdığını düşünmək olar?

- Biz oyunumuzu itirməmişdik. Bəziləri "Qəbələ”ni bu oyuna görə tənqid edirdi. Mən bunlara seriya kimi yanaşmıram. Mən bütün oyunları analiz edirəm. Ən müsbət halımız qalib gəldiyimiz matçı təhlil etməyimizdir. Oyunumuzun tam yaxşı alındığını deyə bilmərəm. Səhvlərimizdən nəticə çıxarırıq.
 
- Antonov, Dodo və Ruslan Abışovun durumu necədir?

- Antonov, Dodo, Rəşad Sadiqov zədəlidir. Onların yoxluğu bizim üçün ciddi itkidir. Rəşad ağır xəstələnmişdi. Antonov fevralın 24-ü ölkəyə gələcək. Dodo isə 10 gün ərzində məşqlərə başlaya biləcək. Ruslan komanda ilə məşq edir. Yaxın günlərdə meydanda olacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.