Qol.Az

“Hakim bizim haqqımızı yedi” – Bəhmən Həsənov

[21.02.2016]
“Hakim bizim haqqımızı yedi” – Bəhmən Həsənov

“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının bu gün “Qəbələ”yə qarşı keçirilən oyundakı məğlubiyyətə (0:1) görə baş hakim Ömər Paşayevi günahlandırıb.

Qol.Az xəbər verir ki, “CBC Sport”a müsahibəsində o qeyd edib ki, bu matçda komandasının haqqı yeyilib.

“Birinci və ikinci hissənin sonlarında top rəqib müdafiəçinin əlinə dəysə də, hakim penalti vermədi. Əgər belə durum bizim futbolçuyla bağlı olsaydı, qapımıza onbirmetrlik cərimə zərbəsi təyin ediləcəkdi. Əslində “Qəbələ” bizdən yaxşı oynamadı. Hakimə “sağ ol” deyirəm. O, matçı çox aşağı səviyyədə idarə etdi. Demirəm ki, bizə qarşı qərəzlidilər. Amma hər oyunda hakim haqsızlığı ilə üzləşirik” – deyə o vurğulayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.