Qol.Az

Luis Enrike Ardanı “Arsenal”la oyuna aparmır

[21.02.2016]
Luis Enrike Ardanı “Arsenal”la oyuna aparmır

“Barselona”nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/8 final mərhələsinin “Arsenal”la ilk oyuna aparacağı heyəti açıqlayıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Londondakı qarşılaşmaya cəzası səbəbindən Arda Turan, zədəli olduğu üçün Rafinya aparılmayacaq. Məşqçilər heyətinin digər qərarı ilə Sandro, Duqlas və Bartra da heyəti daxil edilməyib.

Ümumilikdə Luis Enrike ilk oyuna 19 futbolçunu aparacaq:

Qapıçılar: ter Ştegen, Bravo, Matip

Müdafiəçilər: Pike, Dani Alves, Alba, Maskerano, Adriano, Fermalen, Matye

Yarımmüdafiəçilər: Rakitiç, Buskets, İnyesta, Vidal, Roberto

Hücumçular: Suares, Messi, Neymar, El-Xaddadi

Qeyd edək ki, “Arsenal” – “Barselona” oyunu fevralın 23-də keçiriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.