Qol.Az

“Xəzər Lənkəran”ın çatışmazlığı qol vura bilməməsidir”

[21.02.2016]
“Xəzər Lənkəran”ın çatışmazlığı qol vura bilməməsidir”

“Zirə”ni təbrik edirəm. Adil Şükürov yaxşı komanda yaradıb”.

Qol.Az-ın “CBC Sport”a istinadən yaydığı xəbərə görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqanın 22-ci turunda “Zirə”yə bu gün uduzduqları oyundan (0:2) sonra deyib.

“Bu gün çox istəyirdik ki, qol vuraq. Bütün məşqlərimiz də bunun üzərində qurulmuşdu. Amma qismət olmadı. Çalışarıq, səhvlərimizi aradan qaldıraq. Ümumiyyətlə, komandamızın əsas çatışmazlığı qol vura bilməməyidir. Vursaq, əhval-ruhiyyəmiz dəyişəcək. Gələcəyə ümidlə baxıram” – deyə o qeyd edib.

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.