Qol.Az

Ramzan Kadırovdan “Putin forması” geyinən futbolçuya dəstək: “Kişi kimi hərəkət etdi”

[21.02.2016]
Ramzan Kadırovdan “Putin forması” geyinən futbolçuya dəstək: “Kişi kimi hərəkət etdi”

Çeçenıstan prezidenti Ramzan Kadırov “Lokomotiv”in futbolçusu Dmirti Tarasovun “Fənərbaxça” ilə Avroliqa oyununda  üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli olan formanı nümayiş etdirməsini dəstəkləyib. Formanın üzərində “Putin ən nəzakətli prezident” sözləri yazılıb. Bu isə türk azarkeşlərin etirazına səbəb olub.

Məsələ ilə bağlı UEFA-nın “Lokomotiv” və futbolçuya cəza kəsəcəyi gözlənilir. Moskva klubu isə qitənin ali futbol qurumunun mümkün sanksiyasından qaçmaq üçün Tarasovu 300 min avro məbləğində cərimələyib.

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, Ramzan Kadırov bildirib ki, Tarasov “Putin forması”nı geyinməklə kişi kimi addım atıb: “Bu, onun öz prezidentinə və ölkəsinə sevgisinin göstəricidir. O, rəqib komandanı aşağılayacaq heç nə deməyib. Bəli, bizim hazırda Türkiyə ilə münasibətlərimiz yaxşı deyil. Amma bu, daim belə olmayacaq. Türkiyə Rusiyasız keçinə bilməz. Zaman keçəndən sonra onlar Rusiya ilə münasibətlərin düzəlməsini istəyəcək”.

O, eyni zamanda futbolçu fəxri prezidenti olduğu “Terek”ə dəvət edib. Ramzan Kadırov Tarasova kəsilən 300 min avronu ödəməyə hazır olduqlarını da bildirib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.