Qol.Az

Tərlan Əhmədov məğlubiyyəti şərh etdi

[20.02.2016]
Tərlan Əhmədov məğlubiyyəti şərh etdi

"Sumqayıt"la aramızda cəmi 8 xal fərq var idi. Rəqibin qələbə qazanmaq arzusunun böyük olduğunu bilirdik. "Sumqayıt" yaxşı oynadı və qalib gəldi. Futbolun gözəlliyi budur ki, komandalardan biri qalib gələr, biri məğlub olar. Bilirsiniz ki, biz evdə daha yaxşı oynayırıq, nəinki səfər meydanında".

Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 22-ci turunda "Sumqayıt"a uduzduqları oyundan sonra "CBC Sport" kanalına açıqlamasında deyib.

T.Əhmədov komandasının yalnız son 15 dəqiqədə göstərdiyi oyundan razı qaldığını bildirib: "Heyətimizdə iki itki var idi. Mudar Səttarlı və İlqar Ələkbərov oynamadı. Biri zədəli, digəri sarı vərəqə limitini doldurmuşdu. Onların əvəzinə meydana Hacı Əhmədov və Nuqzar Kvirtiyanı buraxmışdım. Hacı Əhmədov hələ komandaya uyğunlaşmayıb. Nuqzar isə yaxşı oynadı. Komandamın yalnız son 15 dəqiqədə göstərdiyi oyundan razı qaldım. Ümumilikdə isə komandamın çıxışı məni qane etmədi".  

Qeyd edək ki, AZAL səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.