Qol.Az

Məşqçilər Komitəsi yığmanın üzvləri ilə görüşdü (FOTOLAR)

[20.02.2016]
Məşqçilər Komitəsi yığmanın üzvləri ilə görüşdü (FOTOLAR)

AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov, Vaqif Sadıqov və AFFA-nın baş katibi Elxan Məmmədov Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə görüşüb, komandaya müvafiq tövsiyələrini veriblər.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, daha sonra baş katib Məşqçilər Komitəsinin üzvləri ilə görüş keçirib, U-17-nin hazırlıq prosesi barədə fikir mübadiləsi aparılıb.

Hazırda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması mayın 5-dən 21-dək Bakıda keçiriləcək UEFA U-17 Avropa çempionatında mübarizə aparacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.