Qol.Az

Daha bir ulduz futbolçu Çin yolunda

[20.02.2016]
Daha bir ulduz futbolçu Çin yolunda

"Liverpul"un futbolçusu Mario Balotelli karyerasını Çində davam etdirə bilər.

Qol.Az-ın "Daily Mirror"a istinadən verdiyi məlumata görə, 25 yaşlı futbolçu ilə "Şanxay Şenhua" klubu yaxından maraqlanır.

İcarə əsasında "Milan"da oynayan Balotellinin çıxışı klubun baş məşqçisi Sinişa Mixayloviçi qane etmir. "Liverpul" da italiyalı futbolçunu geri qaytarmağı düşünmür. Belədə Balotelli özünə yeni klub axtarmaq məcburiyyətində qalıb.   

Qeyd edək ki, cari mövsüm "Milan"ın heyətində 9 oyun keçirən Balotelli 1 qol vurub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.