Qol.Az

Terri "Mançester Siti"yə qarşı oynayacaqmı?

[20.02.2016]
Terri "Mançester Siti"yə qarşı oynayacaqmı?

"Çelsi"nin müdafiəçisi Con Terri zədəsini hələ də sağaltmayıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, ingilis futbolçu növbəti görüşdə də komandasına kömək edə bilməyəcək.

London təmsilçisinin baş məşqçisi Qus Hiddink Terrinin İngiltərə Federasiya kubokunda "Mançester Siti" ilə keçiriləcək oyunda meydana çıxmayacağını deyib.

Qeyd edək ki, sabah keçiriləcək "Çelsi" - "Mançester Siti" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.