Qol.Az

Totti karyerasını başa vurur

[20.02.2016]
Totti karyerasını başa vurur

"Roma"nın canlı əfsanəsi Françesko Totti karyerasını başa vurmağı planlaşdırır.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, buna 39 yaşlı futbolçunun cari mövsüm az oynamaq şansı qazanması səbəb olub.

Cari mövsüm cəmi 5 oyunda meydana çıxan Totti 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun bu barədə qərarını mövsümün sonunda açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Totti 1992-ci ildən "Roma"nın şərəfini qoruyur.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.