Qol.Az

Şevçenko: "Avro-2016"nın favoriti Ukrayna millisidir"

[17.02.2016]
Şevçenko: "Avro-2016"nın favoriti Ukrayna millisidir"

Ukrayna millisinin yeni məşqçisi Andrey Şevçenko təyinatı haqda fikirlərini bildirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Ukrayna Futbol Federasiyasına və millinin baş məşqçisi Mixail Fomenkoya təşəkkür edib:

"Onlar mənə millidə işləmək imkanı yaratdılar. Yığmada işləmək böyük məsuliyyətdir. Fəxr edirəm ki, milliyə qayıtdım. Dörd ildən sonra yenidən futbola baslşaıyam. Mənə olan etimadı doğrultmağa çalışacaq".

A.Şevçenko "Avro-2016"nın favoriti qismində Ukrayna millisini gördüyünü deyib:

"Bizim başqa cür düşünməyə haqqımız yoxdu. Oyunçularla da söhbət etmişəm. Onlarda özünəinam hissi var”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.