Qol.Az

UEFA Tarasovla bağlı araşdırmaya başladı

[17.02.2016]
UEFA Tarasovla bağlı araşdırmaya başladı

UEFA "Lokomotiv"in futbolçusu Dmitri Tarasovla bağlı araşdırmalara start verib.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Avropa Liqasının 1/16 final mərhələsinin “Fənərbaxça” ilə İstanbulda keçirilən ilk matçından sonra adıçəkilən oyunçunun üzərində Rusiya prezidenti Vladimir Putinin şəklinin əks olunduğu formanı türk azarkeşlərə nümayiş etdirməsi səbəb olub.

Hazırda Rusiya ilə Türkiyə arasında siyasi münasibətlər gərgin olduğundan Tarasovun etdiyi hərəkət təxribat kimi dəyərləndirilib. Formanın üzərində hər hansı ideoloji, siyasi və dini təbliğatı qadağan edən UEFA-nın Tarasovu 10 oyunluq cəzalandıracağı gözlənilir.

Moskva təmsilçisinin rəhbərliyi isə Tarasovun hərəkətinin klubla heç bir əlaqəsinin olmadığını və oyuçunun bunu öz təşəbbüsü ilə etdiyini vurğulayıb. UEFA ilə yanaşı, klubun da 28 yaşlı futbolçunu cəzalandıracağı gözlənilir.

Qeyd edək ki, UEFA Tarasovla bağlı qərarını martın 17-də açıqlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.