
“Qəbələ”dən daha bir rəsmi transfer
[17.02.2016]
Millimizin futbolçusu Pavel Paşayevin “Qəbələ”yə keçidi həll olunub.
Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, Zaparojye “Metallurq”u 27 yaşlı müdafiəçinin sənədlərini göndərib.
Onunla bugünlərdə müqavilə imzalanacaq. Müqavilənin müddəti 4 aylıq olacağı gözlənilir. Hazırda futbolçunun adının Topaz Premyer Liqada iştirak ərizəsinə əlavə edilməsi üçün işlər görülür.
Qeyd edək ki, P.Paşayev ötən ildən millimizə dəvət alır. Ukraynanın U-17, U-19, U-21 və A millisində forma geyən müdafiəçi yığmamızda 1 rəsmi oyunda meydana çıxıb. O, son olaraq Ukraynanın “Metallurq” (Zaporojye) klubunda çıxış edib.
Xatırladaq ki, "Qəbələ" qış transfer pəncərəsi dönəmində "Kəpəz"dən Rəşad Eyyubovu da transfer edib.
Ana səhifə |
BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.