Qol.Az

"Baku Fires" üçüncü görüşünə çıxır

[17.02.2016]
"Baku Fires" üçüncü görüşünə çıxır

Ölkəmizi Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən “Baku Fires” klubu 3-cü görüşünə çıxacaq. 

Qol.Az-ın məlumatına görə, komanda fevralın 19-da saat 19:00-da Boks Mərkəzində  “Puerto Riko Hurricanes” klubu ilə qarşılaşacaq. 

Puerto Riko klubu qrupda sonuncu yeri tutur. “Baku Fires” isə D qrupunda 2-ci pillədədir.  Puerto Riko komandasının ötən tur “Astana Arlans”la görüşü təxirə salınıb.

Komandaların heyətləri artıq məlumdur:

Baku Fires – Puerto Rico Hurricanes

49 kq. Rəsul Saliyev– Antoni Ortiz
56  kq. Yaraş Məhəmmədov– Edqardo Rolon
64 kq. Heybətulla Hacıəliyev– Jan Rivera
75 kq. Nikolay Veselov– Kristian Mbilli
91 kq. Abdulqadir Abdullayev– Roman Fress

Bu dəfə "Baku Fires"in heyətində son dünya çempionatının bürünc mükafatçısı Abdulqadir Abdullayev rinqə çıxacaq.

Qeyd edək ki, boksçumuz milli komandamızın düşərgəsində təlim-məşq toplanışında iştirak edirdi. Abdullayev rəqib komandanın almaniyalı legioneri Roman Fresslə üz-üzə gələcək. Fress 2009-cu ildə yeniyetmələr arasında dünya birinciliyinin bürünc mükafatçısı olub. O, ötən il Bolqarıstanda keçirilən qitə çempionatında 6-cı yeri tutub.

İlk turda Karaqanda şəhərində qazaxıstanlı boksçunu məğlub edən Hacıəliyev bu dəfə Jan Rivera ilə qarşılaşacaq. 21 yaşlı Rivera WSB lliqasında debüt edəcək. Bu görüşdə həmyerlimizi favorit saymaq olar.

Veselovla üz-üzə gələcək Mbilli də rəqib komandanın güclü boksçularındandır. Mbilli Fransa milli komandasının heyətində ötən il Avropa oyunlarında Xaybulla Musalova uduzub. Bu cari mövsümdə Veselovun ilk döyüşü olacaq.
56 kq çəki dərəcəsində çıxış edən Yaraş Məhəmmədov 1-ci turda “Astana Arlans”ın üzvü Merbolat Toitova uduzsa da, məşqçilər yenə bu boksçuya etimad göstəriblər.

 

Turnir cədvəli

1. Uzbek Tigers – 4 xal (2 görüş, qələbə sayı 7-3)
2. Baku Fires – 3 xal  (2, 4-6)
3. Astana Arlans– 3 xal (1, 4-1)
4. Puerto Rico Hurricanes – 0 (1, 0-5).   

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.