PSJ futbolçusu Esekyel Lavezzini "Hebey Çayna Forçun" klubuna satıb.
Qol.Az-ın Çin klubunun saytına istinadən yaydığı xəbərə görə, argentinalı oyunçu ilə müqavilə imzalanayıb. Müqavilənin müddəti barədə məlumat verilməyib.
31 yaşlı hücumçunun yeni klubunda illik 7 milyon avro maaş alması gözlənilir.
Britaniya mətbuatı bu transfer üçün Çin klubunun Paris təmsilçisinə 23.5 milyon funt sterlinq ödədiyini yazıb.
Qeyd edək ki, E.Lavezzi 2012-ci ildə "Napoli"dən PSJ-yə 29 milyon avroya transfer olunmuşdu.
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə