
Mançinidən qadağa: futbolçular bazadan çıxa bilmir
[17.02.2016]
İtaliyanın "İnter" klubunun baş məşqçisi Roberto Mançini A seriyasında "Sampdoriya" ilə matça qədər futbolçularını klubun bazasında saxlamağa qərar verib.
Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, "Fiorentina"ya məğlubiyyətdən sonra bu addımı atıb.
R.Mançinin verdiyi qərarla bağlı bildirib:
"Bugünlərdə beynimizi artıq yüksək təmizləməyə və düşünməyə ehtiyacı var. Hər şeyin yaxşıya doğru getməsini istəyirik. "Fiorentina"ya qarşı yaxşı oynadıq. Rəqibin 2-3 qol epizodu yaratmasına imkan verdik. Ancaq hücumda istənilən oyunu nümayiş etdirmədik".
Mançini bildirib ki, mütəmadi olaraq qələbə qazanan komanda qurmaq asan deyil:
"Bunun üçün zamana ehtiyac var. Dekabr ayından çətin günlər yaşayırıq. Komanda güclü olmaq və mübarizə aparmağa davam etmək məcburiyyətindədəir. Bu müddətdə isə azarkeşlər dəstəyinə ehtiyacımız var"
Ana səhifə |
BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.